Macarıstanın Debretsen şəhərində boks üzrə İştvan Boşkai beynəlxalq turnirinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamız yarışda 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
52 kq çəki dərəcəsində final görüşü çox maraqlı alınıb.
Belə ki, həlledici qarşılaşmada Məsud Yusifzadə və Salman Əlizadə üz-üzə gəlib. Gənc Yusifzadə təcrübəli Avropa çempionu olan komanda yoldaşını məğlub edərək, 1-ci yerə layıq görülüb – 2:0
75 kq çəki dərəcəsində çıxış edən Xaybulla Musalov da Macarıstan qızıl medalla dönüb. Milli komandamızın üzvü Macarıstan boksçusu Bamabas Neqi ilə qarşılaşmalı idi. Ancaq rəqib idmançı rinqə çıxmayıb.
Azərbaycan çempionu Elnur Əliyev (64 kq) yarımfinalda Monqolustan təmsilçisi Baatarkhuu Çinzoriqə uduzaraq, 3-cü yerlə kifayətlənib.
Yığmamızın heyətində Fərid Ağamoğlanov (56 kq), Elvin İsayev (60 kq), Rauf Rəhimov (81 kq) mükafatsız qalıblar.
Ümumkomanda hesabında millimiz Macarıstan, Monqolustan və Xorvatiyadan sonra 4-cü yeri tutub.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib