Ukraynanın Berdiçev şəhərində Kliçko qardaşlarının mükafatı uğrunda gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa 12 idmançı ilə qatılan Azərbaycan yığma vətənə 4 medalla qayıdıb.
Yığmamızın heyətində ən yaxşı nəticəni Məhəmməd Abdullayev göstərib. +91 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici görüşdə yerli boksçu Vyaçeslav Qavrilyuka qalib gələrək, çempion adına layiq görülüb.
Ondan fərqli, Ruslan Rüstəmov (52 kq), Malik Həsənov (56 kq) və Sərxan Əliyev (60 kq) bürünc medalla kifayətlənib.
Qeyd edək ki, turnirdə ümumilikdə 17 ölkənin 127 boksçusu mübarizə aparıb. Ukrayna 4 komanda ilə təmsil olunub.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq