Rusiyanın Xabarovsk şəhərində Sovet İttifaqı qəhrəmanı Konstantin Korotkovun xatirəsinə həsr olunan boks üzrə beynəlxalq turnirə yekun vurulub. Azərbaycan Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamız yarışı 1 qızıl və 1 bürünc medalla başa vurub.
60 kq çəki dərəcəsində mübarizə aparan Nəsrəddin Məmmədov yarımfinalda Monqolustan nümayəndəsi Otqondalal Dorjuambuya uduzaraq, bürünc medalla kifayətlənib.
52 kq çəki dərəcəsində çıxış edən İbrahim İbrahimov isə yarımfinalda koreyalı Kim Jae Kyonq üzərində qələbə qazanıb. Boksçumuz finalda özbəkistanlı Abdurjon Kadırovu da məğlub edərək, beynəlxalq turnirin qalibi adına layiq görülüb.
Qeyd edək ki, sayca VII dəfə keçirilən yarışda 16 ölkənin 100-ə yaxın dəri əlcək ustası mübarizə aparıb.
- "Bakı–Xankəndi" veloyarışına bu gün yekun vurulacaq
- Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsi ilə bağlı müzakirələr aparılıb
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib