XXXI Yay Olimpiya Oyunlarının ən yaxşılarına verilən mükafatlar təşkilatçı ölkə Braziliyanı ziyana salıb. Apasport.az saytının məlumatına görə, idmançılar Cənubi Amerika ölkəsini nəzərdə tutulduğundan artıq medalla tərk edib.
Belə ki, Olimpiadada 306 dəst medal sahibini tapmalı idi. Lakin yekunda 307 qızıl və eyni sayda gümüş təqdim edilib. Buna üzgüçülük yarışlarında baş verənlər səbəb olub. Əvvəl 100 m məsafəyə sərbəst üsulla üzən qadınlar qızılı bölə bilməyib. ABŞ idmançısı Simone Manuel və Kanada təmsilçisi Penni Oleksyak eyni nəticə göstəriblər – 52,70 saniyə.
Hər iki idmançıya qızıl verən təşkilatçılar bir gümüşə “qənaət etsə” də, kişi üzgüçülər buna imkan verməyib. 100 m məsafəyə batterflyayla üzməkdə sinqapurlu Cozef Skulinq çempion olubsa, gümüşü birdən-birə 3 olimpiyaçı qazanıb. Bunlar amerikalı əfsanə Maykl Felps, CAR-dan olan Çad le Klo və macarıstanlı Laslo Çexdi. Bu iki növbəti şərikli medallar 306 qızıl və eyni sayda gümüşün hərəsindən bir dənə artıq verilməsi ilə nəticələnib.
Qeyd edək ki, yarışda 361 bürünc medal təqdim olunub.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib