[b]Cavid Çələbiyevdən qızıl medal! [/b]
16.04.2016 - 16:03
Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir. Apasport.az saytının məlumatına görə, Rioya lisenziyanı təmin edən dünya çempionumuz Cavid Çələbiyev bu gün final görüşünə çıxıb.
56 kq çəki dərəcəsində döyüşən həmyerlimiz ilk pilləni tutmaq uğrunda Böyük Britaniyanı təmsil edən Qais Aşfaqla mübarizə aparıb.
Çələbiyev hər 3 raundda rəqibindən güclü olub – 3:0 (30:27; 30:26: 30:27).
Nəticədə Azərbaycan təmsilçisi qızıl medal qazanmaqla, fəxri kürsünün ilk pilləsinə yüksəlib.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0