Bakı-2015 I Avropa Oyunlarında Azərbaycanın hesabına 10-cu qızıl, ümumilikdə isə 22-ci mükafatı sərbəst güləşçi Xetaq Qazyumov yazdırıb. Apasport.az saytının məlumatına görə, 97 kq çəki dərəcəsində yarışan idmançımız bütün rəqiblərinə qalib gələrək, birinci olub.
Finalda gürcüstanlı Elizbar Odikadze ilə qarşılaşan Qazyumov 3:1 hesablı qələbə qazanıb. Nəticədə Avropa və dünya çempionumuz ilk Avropa Oyunlarını da çempion kimi başa vurub.
Bu görüşü Azərbaycan prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva canlı izləyib.
Toğrul Əsgərov kimi, Qazyumova da qızıl medalı ölkə başçısı İlham Əliyev təqdim edib.
Ardınca himn sədaları altında dövlət bayrağımız dalğalanıb.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO