Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-Pri yarışının ikinci günü də Azərbaycan idmançıları üçün uğurlu olub. Apasport.az saytının məlumatına görə, 73 kq çəki dərəcəsində dünya reytinqində 1-ci olan Azərbaycan cüdoçusu Rüstəm Orucov mötəbər turnirin gümüş medalını qazanıb.
Finala gedən yolda ispaniyalı Kioşi Uematsu, Çin idmançısı Yınjirqala Sai, Qazaxıstan təmsilçisi Dastan İkibayev və belçikalı Dirk van Tiçelti məğlubiyyətə uğradan Rüstəm Orucov həlledici görüşdə Yaponiya cüdoçusu Soiçi Haşimoto ilə qarşılaşıb. Burada isə təmsilçimiz Asiya cüdoçusuna uduzaraq Çin Qran-Prisinin gümüş medalı qazanıb.
Digər iki cüdoçumuz - Əbdülhəqq Rəsullu (81 kq) və Hüseyn Rəhimli (81 kq) ilkin mərhələdə mübarizəni dayandırıb.
Qeyd edək ki, Çin Qran-Prisində yığmamızın aktivində 3 medal var. İlqar Müşkiyev (60 kq) və Nicat Şıxəlizadə (66 kq) qızıl medal, Rüstəm Orucov (73 kq) isə gümüş medala sahib olub.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib