[b]Cüdo Federasiyasının İdarə Heyətinin yeni üzvləri müəyyənləşdi[/b]
10.09.2015 - 15:30
Azərbaycan Cüdo Federasiyasının Konfransı keçirilib. Apasport.az saytının xəbərinə görə, iclasda federasiyanın strukturu və İdarə Heyəti müəyyənləşib.
"Neftçi İdman Klubu" İctimai Birliyinin rəhbəri Sadıq Sadıqov, olimpiya çempionu Elnur Məmmədli və SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov federasiyanın vitse-prezidenti, Elmar Babanlı isə baş katibi seçilib.
Bu barədə jurnalistlərə açıqlama verən federasiya prezidenti Rövnəq Abdullayev bildirib ki, növbəti il Rio Yay Olimpiya Oyunları keçiriləcəyindən, federasiya tez bir zamanda işə başlamalıdı.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0