İtaliyanın Linyano Sabbyadoro şəhərində yeniyetmə və gənc cüdoçular arasında XXI "Alpe Adria" beynəlxalq turniri keçirilib. Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, müxtəlif ölkələrdən 988 cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan gənclərdən ibarət milli komanda ilə təmsil olunub.
Yarış komandamız üçün uğurlu alınıb və idmançılarımız 9 medala sahib olublar. Təmsilçilərimizdən Natiq Qurbanlı, Murad Heydərli və Hasil Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə çıxıblar. İsmayıl İbrahimov və Samir Ağayev yalnız finalda uduzaraq, gümüş medal qazanıblar. Kəramət Hüseynov, Tofiq Məmmədov, Azər Yaqubov və Rüfət Tağızadə isə İtaliyada bürünc medala sahib olublar.
Qeyd edək ki, Azərbaycan ümumi komanda hesabında "Alpe Adria" turnirini birinci yerdə başa vurub.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib