Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya xarakterli cüdo üzrə “World Masters” turniri davam edir. Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, mötəbər turnirin ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.
Rüstəm Orucov millimizin aktivinə daha bir medal yazdırıb. 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orucov ilk olaraq Birləşmiş Ərəb Əmirlikləri cüdoçusu Viktor Skvortovu, daha sonra belçikalı Dirk van Tileti məğlub edib. Lakin yarımfinalda Yaponiya təmsilçisi Soiçi Haşimotoya uduzub. Orucov bürünc medal uğrunda mübarizədə koreyalı Çangrim An ilə qarşılamalı idi. Lakin rəqibi tamami üzərinə çıxmayıb və Rüstəm Orucov bürünc medala sahib olub.
Xatırladaq ki, yarışın ilk günündə Orxan Səfərov (60 kq) qızıl və Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, 51 ölkədən 235 idmançının (117 kişi, 118 qadın) mübarizə apardığı “World Masters” turnirində Azərbaycan millisi 7 cüdoçu ilə təmsil olunur.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM