Özbəkistanın Daşkənd şəhərində cüdo üzrə “Qran-Pri” yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası mötəbər turnirdə növbəti medalını qazanıb.
100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Cəlil Şükürov ilk qarşılaşmasında meydan sahibi Erkin Doniyrov üzərində qələbə qazanıb. Yarımfinalda türkmənistan təmsilçisi Sahidzhol Saidova qalib gələrək finala yüksəlib. Şükürov həlledici görüşdə isə Özbəkistan cüdoçusu Soyib Kurbonova məğlub olaraq gümüş medal qazanıb.
Qeyd edək ki, dünən daha bir təmsilçimiz – Rüfət İsmayılov (81 kq) milli komandamıza bürünc medal qazandırıb.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq