Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə 1 qızıl medal yazdırıb.
90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Fərhad Rəcəbli ilk qarşılaşmasında rusiyalı Viktor Nikitinə qalib gəlib. Növbəti döyüşündə Fransa təmsilçisi Herve Pillo üzərində qələbə qazanan həmyerlimizin yarımfinaldakı rəqibi də bu ölkədən olub. Rəcəbli Manuel Pajaronu da məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Fərhad Rəcəbli Ukrayna cüdoçusu İhor Knyşa qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Digər təmsilçilərimiz - Tariyel Məmmədov (60 kq) 5-ci, Mübariz Pənahov (100 kq) isə 7-ci yeri tutub.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM