Beynəlxalq Olimpiya Komitəsi (BOK) dopinqdə “ilişən” 47 ağırlıqqaldırandan 11-nin analizlərinin yenidən yoxlanılmasını lazım bilib. Apasport.az Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının saytına istinadən xəbər verir ki, Pekin-2008 və London-2012-dəki iştirak zamanı dopinqdə istifadədə ittiham olunan, lakin yenidən yoxlanılacaq atletlər arasında Azərbaycan millisinin də üzvü var.
Bu, 62 kq çəki dərəcəsində mübarizə aparmış Sərdar Həsənovdu. O, Pekin Yay Olimpiya Oyunlarındakı çıxışına görə cəzalanmışdı. Yenidən yoxlanma isə ona bəraət verə bilər.
Qeyd edək ki, Həsənovdan başqa, Boyanka Kostova (58 kq), İntiqam Zairov və Nizami Paşayevin (hər ikisi 94) Olimpiadadakı nəticələri ləğv olunmuşdu. Onlardan ilk ikisi Londonda, Paşayev isə Pekində dopinq qəbul edərək podiuma çıxmaqda günahlandırılmışdı.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM