Azərbaycan millisi ABŞ-ın Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində mübarizə aparan Mübariz Cəfərov bürünc mükafata sahib çıxıb.
Dünya çempionatında keçirdiyi 6 görüşdən yalnız birində uduzan Azərbaycan təmsilçisi 3-cü yer uğrunda qarşılaşmada Rusiya idmançısına qalib gəlib.
Qeyd edək ki, buna qədər Azərbaycan millisi veteranların çempionatında 2 qızıl medal qazanıb. Fərhad Rəcəbli və Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək, dünya çempionu olublar.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM