Kiprin paytaxtı Nikosiyada stend atıcılığı üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin 5 atıcısı artıq hədəf önünə keçib.
Lakin onların heç biri mükafatçılar sırasına düşə bilməyib. Belə ki, skit növündə dəqiqliyini yoxlayan Regina Meftahətdinova 37-ci, Nurlana Cəfərova 40-cı yeri tutub.
Eyni növdə kişilərin yarışında isə ən yaxşı nəticəmiz 45-ci yer olub. Bu pillədə Niyaz Ağazadə qərarlaşıb. Millimizin digər üzvlərindən Emin Cəfərov 52-ci, Fuad Qurbanov 84-cü olub.
Qeyd edək ki, Dünya Kubokunun son günündə daha bir snayperimiz - Əli Hüseynli hədəf önünə keçəcək. O, trap növündə mübarizə aparacaq.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı