Əfsanəvi boksçu Məhəmməd Əli dünyasnı dəyişib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bir neçə gün öncə ABŞ-da xəstəxanaya yerləşdirilən sabiq idmançı 74 yaşında vəfat edib.
Məhəmməd Əlinin ağciyərlərində və nəfəs yollarında problem yarandığından, reanimasiya şöbəsinə köçürülmüşdü. O, intensiv nəzarət altında olsa da, həkimlərin səyi nəticə verməyib.
Uzun müddətdi Parkinson xəstəliyindən əziyyət çəkən rinqlərin keçmiş ustasının ağciyərlərində yaranan problemlərin ağırlaşması da bununla əlaqədar idi.
1942-ci il yanvar ayının 17-də dünyaya göz açan və əsl adı Kassius Marsellus Kley olan Məhəmməd Əli 1964-1966, 1974-1978-ci illərdə ağır çəkidə mütləq dünya çempionu, 1974-1978-ci illərdə WBC, 1967, 1974—1978, 1978-ci illərdə isə WBA versiyası üzrə dünya birincisi adını qazanıb.
Qeyd edək ki, o, 1964-cü ildə Sonni Listonu məğlub etdikdən sonra İslam dinini qəbul edib.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM