AÇ-2016-da iştirak edəcək Avstriya yığmasının ilkin heyəti açıqlanıb. Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Marsel Koller 24 futbolçuya dəvət göndərib.
Milliyə çağırılan sahə oyunçularından 1-i “ixtisara düşəcək”. Koller Fransaya aparacağı “23-lüy”ü mayın 31-də açıqlayacaq.
Azərbaycanlı qapıçı Emil Balayevin “Ayntraxt”dakı komanda yoldaşı Haynts Lindner Avropa çempionatına yollanacaq heyətdə yer alacaq. Belə ki, Kollerin milliyə çağırdığı 3 qapıçıdan biri məhz odu.
Qeyd edək ki, Avstriya yığması Portuqaliya, Macarıstan və İslandiya ilə birlikdə F qrupunda mübarizə aparacaq.
Qapıçılar: Robert Almer (“Austria”), Haynts Lindner (“Ayntraxt”, Almaniya), Ramazan Özcan (“İnqolştadt”, Almaniya).
Müdafiəçilər: Aleksandar Draqoviç (“Dinamo”, Ukrayna), Kristian Fuks (“Lester”, İngiltərə), Qyorqi Qariks (“Darmştadt”, Almaniya), Martin Hinteregger (“Borussiya”, Mönhenqladbax, Almaniya), Florian Kleyn (“Ştutqart”, Almaniya), Sebastian Prödl (“Uotforf”, İngiltərə), Markus Suttner (“İnqolştadt”, Almaniya), Kevin Vimmer (“Tottenham”, İngiltərə)
Yarımmüdafiəçilər: David Alaba (“Bavariya”, Almaniya), Marko Arnautoviç (“Stok Siti”, İngiltərə), Julian Baumqartlinqer (“Maynts”, Almaniya), Martin Harnik (“Ştutqart”, Almaniya), Stefan İlsanker, Marsel Sabitzer (hər ikisi “Leyptsiq”, Almaniya), Yakob Yantsker (“Lütsern”, İsveçrə), Zlatko Yunusoviç (“Verder”, Almaniya), Alessandro Şöpf (“Şalke”, Almaniya), Valentino Lazaro (“Zalsburq”)
Hücumçular: Lukas Hinterser (“İnqolştadt”, Almaniya), Rubin Okotie (“Münhen 1860”, Almaniya), Mark Yanko (“Bazel”, İsveçrə)
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib