Bu gün Türkiyənin İstanbul şəhərində taekvondo üzrə Avropa Olimpiya Təsnifat turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan yığması üçün uğurlu alınıb.
Belə ki, mübarizəyə ilk qoşulan Fəridə Əzizova 67 kq çəki dərəcəsində çemipon adını qazanıb.
Finala çıxaraq, olimpiadaya lisenziyanı rəsmiləşdirən taekvondoçumuz həlledici görüşdə türk əsilli alman döyüşçü Rabia Güləçlə qarşılaşıb.
Təmsilçimiz 1:0 hesablı qələbə qazanaraq, turniri çempion kimi başa vurub.
Qeyd edək ki, sabah turnirdə millimizin üzvlərindən Patimat Abakarova (49 kq) və Milad Beigi Harçeqani (80 kq) mübarizəyə qoşulacaqlar.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib