Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabeyə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) fəxri doktoru adı verilməsi ilə bağlı tədbir keçirilib. Apasport.az saytının məlumatına görə, akademiyada baş tutan mərasimdə ADBTİA-nın rektoru Fuad Hacıyev, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan F.Hacıyev Vatanabenin karyerası barədə ətraflı məlumat verdikdən sonra bildirib ki, Elmi Şuranın qərarına əsasən akademiya məşhur gimnastın idmandakı nailiyyətini nəzərə alaraq, ona ADBTİA-nın fəxri doktoru adını verməyə qərar verib. O, ardınca FİG prezidentinə diplomu və xüsusi geyimi təqdim edib.
Bundan şərəf duyduğunu vurğulayan yaponiyalı funksioner bildirib ki, ADBTİA-nın fəxri doktoru olması böyük nailiyyətdi: “Doğrusu, bu qədər media nümayəndələrini görməyə təəccübləndim. Düşünürəm ki, bu ad mənə deyil, bütün gimnastika ailəsinə verilib. Azərbaycan gimnastikası yüksələn xətlə inkişaf etməkdədi. Təbii ki, bu nailiyyətlər Azərbaycanın I vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın əməyi nəticəsində qazanılıb. 2015-ci ildə Avropa Oyunlarında da Azərbaycan gimnastlarının göstərdiyi uğurlar çox möhtəşəm oldu. Azərbaycan tək idmanda deyil, digər növlərdə də lider komandalardandı. Ümid edirəm ki, Azərbaycan idmanı bundan sonra daha da inkişaf edəcək”.
Ardınca nazir Rəhimov fəxri qonağa Azərbaycan idmanı və nailiyyətlərimiz barədə məlumat verib.
Yekunda qonağa hədiyyələr də təqdim edilib.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib