Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının futbol turnirinin ən yaxşı bombardiri adına namizədlər məlumdu. Apasport.az saytının xəbərinə görə, qrup mərhələsində 3 qol vuran fələstinli Oday Dabaq komandası yarışla vidalaşsa da, yarışın ən məhsuldar oyunçusudu.
Onu izləyən 6 futbolçunun hesabında isə 2 qol var. Bu oyunçulardan 4-ü son matçda dublla bombardir, 1 topla şərikli lider olmaq imkanına malikdi.
Finalda Azərbaycan millisi ilə görüşəcək Oman yığmasının üzvləri Muhsen Əl-Qassani və Mərvan Avlad Vadi qol sayını artırmağa iddialıdı. Futbolçularımız bu iki ərəbə qarşı ehtiyatlı olmalıdı. 4 matçda qol buraxmayan yığmamız üçün ən təhlükəli rəqiblər bu cütlükdü.
3-cü yer uğrunda mübarizə aparacaq Kamerunla Əlcəzairin hərəsinin bir üzvü iki dəfə fərqlənib. Sonuncuların heyətində Fərid Əl Məlali, kamerunlulardan isə Frantz Panqop Çidju bunu bacarıb.
Yığmamızın üzvləri isə vahid bombardirlik üçün ən azı het-trik etməlidi. Elşən Abdullayev, Ağabala Ramazanov, Ruslan Abışov və Məqsəd İsayev fələstinlidən 2 top geri qalır. Hesabını açmayan oyunçularımız isə Oman 3 qol vursa, Odaya çatacaq.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM