Macarıstanın paytaxtı Budapeştdə qeyri-olimpiya çəkilərində güləş üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günü xalça üzərinə daha üç güləşçimiz çıxıb.
Qadınlar arasında 60 kq çəki dərəcəsində mübarizə aparan Tatyana Omelçenko 1/8 finalda yerli idmançı Emese Barka qarşısında darmadağınla uduzub – 0:10. Barka özü də 1/4 finalda məğlub olduğu üçün Omelçenko üçün yarış başa çatıb.
70 kq çəkidə yarışan Gitinamaqomed Məcidov təsnifat mərhələsində ABŞ-lı Ceyms Malkolm Qrinə məğlub olub – 2:12. Ancaq Məcidovun təsəlliverici ümidləri də çin olmayıb. Belə ki, Qrin növbəti mərhələdə uduzduğu üçün Məcidov da dayanıb.
Günün sonuncu – üçüncü güləşçisi Rafiq Hüseynov (80 kq) isə digərlərindən fərqli olaraq ilk görüşündə qalib gəlib. Ancaq Hüseynovun da sevinci çox çəkməyib. Belə ki, rusiyalı Ramazan Abaçarova uduzan (1:1) Rafiqin rəqibinin finala yüksəlməsi ilə medal yolu açılıb. Ancaq güləşçimiz bu fürsəti də əldən verib. Gürcü güləşçi Nikoloz Kelosov ilk təsəlliverici görüşdəcə idmançımızı yolundan kənarlaşdırıb – 1:2.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq