[b]Həmyerlimiz Avropa çempionatında erməni idmançını məğlub etdi[/b]
11.11.2014 - 10:20
Litvada karatenin şinkyokşin növü üzrə keçirilən Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi 18-22 yaşlı idmançılar arasında təşkil olunan qitə birinciliyində 1 qızıl və 1 gümüş medal qazanıb.
Belə ki, yarışda 65 kq çəki dərəcəsində Azərbaycan finalı gerçəkləşib. Burada Emin İsmayılov komanda yoldaşı Eltac Hümbətovdan güclü olub. Sonuncu gümüş medal qazansa da, həlledici mərhələyə gedən yolda erməni karateçini məğlub etməklə, Avropa çempionatında özünü sübut edib.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0