Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq 50 ölkənin adı dəqiqləşib. Apasport.az saytının əldə etdiyi məlumatına görə, artıq bu komandaların nümayəndələri bu gün paytaxtımızda işə başlayan şef-de-missionların seminarına qatılıb.
Siyahıda Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı, Niger, İraq, Somali, İran, Birləşmiş Ərəb Əmirlikləri, Mavritaniya, Banqladeş, Türkmənistan, Liviya, Surinam, Tunis, Komor adaları, Əlcəzair, İndoneziya, Pakistan, Fələstin, Fil Dişi Sahili, İordaniya, Türkiyə, Uqanda, Oman, Əfqanıstan, Mərakeş, Malayziya, Albaniya, Cibuti, Qayana, Tacikistan, Bəhreyn, Kamerun, Qvineya-Bissau, Qırğızıstan, Qambiya, Benin, Nigeriya, Qazaxıstan, Maldiv adaları, Mali, Çad, Mozambik, Suriya, Seneqal, Syerra-Leone, Toqo, Qətər, Qabon, Qvineya və Sudan var. Lakin ölkələrin sayının artması da istisna deyil. İslam Həmrəyliyi İdman Federasiyasından baş katibi Faisal Abdulaziz Al-Nassarin sözlərinə görə, bu rəqəm 57-yə çata bilər.
Qeyd edək ki, yarışa 50 ölkənin qatılması belə, Oyunlar tarixində rekorddu.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM