İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Koordinasiya Komissiyasının IV iclasının vaxtı dəqiqləşib. Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumata görə, yığıncaq noyabrın 8-də keçiriləcək.
İclasda IV İslamiadanın icraçı direktoru, gənclər idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK), həmçinin İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, Əlaqələndirmə Komissiyasının sədri Hamad Kalkaba Maldoum və digər rəsmilər iştirak edəcəklər.
Proqrama əsasən, saat 09:00-da yığıncaq öz işinə başlayacaq. Burada İslamiadada iştirak edəcək idman növünün və atletlərin sayı dəqiqləşəcək. Bununla yanaşı, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər məsələlər müzakirə olunacaq.
Günün yekununda, saat 16:00-da KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.
Ertəsi gün isə marketinq, yayım, kommersiya, həmçinin açılış və bağlanış mərasimləri barədə də fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarına gələn il mayın 12-də start götürəcək və 22-də başa çatacaq. Bakıda təşkil olunacaq yarışda 57 ölkədən 5000-dək atletin iştirakı gözlənilir.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM