Almaniyanın Münhen şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycanın yarışdakı yeganə təmsilçisi olan Ruslan Lunyov ilk çıxışını başa vurub.
İslam Həmrəyliyi Oyunlarında qazandığı 5 qızıl medalla populyarlaşan Lunyov 25 metrdən hədəfə sürətli atəş açmaqda qüvvəsini sınayıb. Təsnifat mərhələlərində çıxışını 581 xalla yekunlaşdıran idmançımız 60 snayper arasında 11-ci pilləni tutub. Bununla da Ruslan final mərhələsində yüksələn “altılığ”a düşə bilməyib.
Qeyd edək ki, təmsilçimiz bu gün daha bir növdə qüvvəsini sınayacaq. Lunyov 10 metrdən pnevmatik tapança ilə atəş açmaqda hədəf önünə keçəcək.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM