“Azərbaycan prezidenti İlham Əliyev, “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, birinci vitse-prezident Mehriban Əliyeva və Təşkilat Komitəsində çalışanların sayəsində bu Oyunların yüksək səviyyədə keçirilməsi mümkün oldu”.
APA-nın məlumatına görə, bunu bu gün IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində çıxışında İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassar söyləyib.
İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi deyib ki, Oyunlarda iştirak etdikləri üçün könüllülərə, Azərbaycan xalqına isə fədakarlığına və qonaqpərvərliyinə görə təşəkkür edir : "Çox sağ ol Bakı, çox sağ ol Azərbaycan. 4 ildən sonra İslam Həmrəyliyi Oyunları İstanbulda keçiriləcək".
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM