“İlk döyüşüm o qədər də çətin olmadı. Çinli idmançı ilə əvvəllər rinqə çıxmasam da, görüşlərini izləmişdim. Öz gücümə arxayın idim, qalib gələcəyimi düşünürdüm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rio-2016 Yay Olimpiya Oyunlarında ilk qələbəsini qazanan Azərbaycan boksçusu Kamran Şahsuvarlı deyib.
75 kq çəki dərəcəsində ilk döyüşünə çıxan dəri əlcək ustamız 1/16 final mərhələsində çinli Zao Minqqanqa qalib gəlib. Döyüşlə bağlı fikirlərini açıqlayan Şahsuvarlı bildirib ki, görüşdən öncə psixoloji vəziyyətə görə narahat idi: "Rinqə çıxanda həyəcanlanmaqdan çəkinirdim. Ancaq bunu arxada qoya bildim. Daha əvvəl Olimpiadada çıxış etmiş idmançılar mənə demişdilər ki, əsas psixoloji vəziyyətdi, onu aşa bilsən, hər şey yaxşı olacaq”.
Təmsilçimiz 1/8 finalda qarşılaşacağı rusiyalı boksçu Artyom Çebotaryov haqqında da danışıb: “Rusiyalı boksçu məndən yaşda böyükdü. Onunla da heç vaxt üz-üzə gəlməmişik. Ancaq döyüşləri ilə tanışam. İzləmişəm. Düşünürəm ki, çətin olacaq. Ancaq rinqə çıxandan sonra nə lazımdı, onu da edəcəm. Olimpiya Oyunlarında asan rəqib olmur. Sadəcə, hər döyüşə yaxşı əhval-ruhiyyədə çıxmaq lazımdı. Çox olub ki, nisbətən zəif idmançılar sürpriz nəticəyə imza atıblar”.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM