Bu gün taekvondo üzrə böyüklər arasında Azərbaycan çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, 16 çəki dərəcəsi (8 kişi, 8 qadın) keçirilən yarışda Bakı, eləcə də, bölgələrdə fəaliyyət göstərən komandalardan 230 idmançı dayanq üzərinə çıxacaq.
“Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunan yarışda yığmamızın liderləri iştirak etməyəcək. Baş məşqçilər Olimpiya mükafatçıları Patimat Abakarova, Radik İsayev, Milad Harçeqani, həmçinin klublararası dünya çempionatına qatılan Məhəmməd Məmmədov, Ayxan Tağızadə kimi taekvondoçulara istirahət verib.
Yarışa sabah yekun vurulacaq.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM