Bu gün start götürəcək kişi şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, 22 zəka sahibinin qatılacağı yarışda millimizin liderləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov iştirak etməyəcəklər.
Onların yoxluğunda çempionatın reytin-favoriti Rauf Məmmədov olacaq.
Püşkün nəticələri aşağıdakı kimidi:
I tur
Rauf Məmmədov (2642) – İzzət Kənan (2424)
Bəhruz Rzayev (2416) – Eltac Səfərli (2635)
Vasif Durarbəyli (2635) – Ülvi Sadıqov (2414)
Misrətdin İsgəndərov (2405) – Qədər Hüseynov (2610)
Azər Mirzoyev (2549) – Loğman Quliyev (2385)
Orxan Abdulov (2342) – Nicat Abasov (2530)
Pərviz Qasımov (2517) – Kənan Heydərli (2273)
İsmayıl Şahəliyev (2273) – Ürfan Sevdimalıyev (2505)
Ülvi Bacarani (2494) – Nurlan Şabanov (2165)
Vüqar Əsədli (2127) – Vüqar Rəsulov (2491)
Zaur Məmmədov (2487) – Elvin Bayramov (2051)
Qeyd edək ki, çempionata saat 15:00-da start veriləcək.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib