[b]Məhəmməd Məmmədov: Bir səhv bütün əziyyətin üstündən xətt çəkir[/b]
16.06.2015 - 15:45
“İdmanda udmaq da, uduzmaq da olar. Amma öz vətənində məğlub olmaq çox ağırdı. Mən elə buna görə çox məyusam”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan taekvondoçusu Məhəmməd Məmmədov deyib.
Avropa Oyunlarında 58 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/4 finalda ispaniyalı Xesus Tortosa Qabreraya məğlubiyyətin səbəbini açıqlayıb. O bildirib ki, diqqətsizliyinin qurbanı olub: “Uduzmağımın səbəbi diqqətsizlik idi. Burada gərək diqqətli olasan. Hər bir səhvin bütün əziyyətinin üstündən xətt çəkir. Amma rəqibim finala çıxsa, bürünc medal uğrunda mübarizə aparacağam”.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0