Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, sentyabr üçün açıqlanan “Top-100”də Azərbaycan təmsilçiləri də yer alıb.
Qrossmeysterlərimizdən ən yaxşı nəticəyə yenə Şəhriyar Məmmədyarov malikdi. Həmyerlimiz Olimpiadada uğurlu çıxışdan sonra 6 pillə irəliləyərək, 12-ci pilləyə yüksəlib. O, aktivindəki xalların sayını da 2765-ya çatdırıb.
Məmmədyarovdan fərqli, Teymur Rəcəbov 33-cü pilləyə enib. O, 6 pillə geriləyib - 2717 xal.
Yığmamızın liderlərindən olan Rauf Məmmədov (2660) da geriləyənlər arasındadı. O, 2 rəqibini özündən irəli buraxmaqla, 93-cü yerdədi.
Eltac Səfərli isə “Top-100”dəki yerini qaytarıb. Qrossmeysterimiz 2655 xalla 100-102-ci yerlərə şərikdi.
Qadınların siyahısında isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.
Reytinq cədvəlinin ilk “üçlüyü”ndə dəyişiklik baş verməyib. Norveçli Maqnus Karlsenin 2870 xalla başçılıq etdiyi siyahıda ermənistanlı Levon Aronyan (2804) ikinci, italiyalı Fabiano Karauna (2801) üçüncüdü.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib