Cüdo üzrə Azərbaycan milli komandası Monqolustanın paytaxtı Ulan-Batorda təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının xəbərinə görə, zədə ucbatından bu ölkəyə səfər etməyən Nicat Şıxəlizadə istisna olmaqla, yığmamız bütün heyətlə toplantıda iştirak edir.
Milli komandanın baş məşqçisi Peter Zayzenbaherin rəhbərliyi altında keçən təlim-məşqdə cüdoçularımız böyük əzmlə çalışmaqdadırlar. Yüksək səviyyədə təşkil olunan toplantı dekabrın 22-dək davam edəcək.
Xatırladaq ki, cüdoçularımız bu günlərdə Çin və Cənubi Koreyada keçirilən Qran-pri, eləcə də Yaponiyada təşkil olunan “Böyük dəbilqə” yarışlarında iştirak ediblər və bu turnirlərin hər üçündə medallar qazanıblar.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib