[b]Milli komandamızda baş məşqçi dəyişikliyi[/b]
02.02.2017 - 00:02
Cüdo üzrə Azərbaycanın qadınlardan ibarət milli komandasının məşqçilər heyətində dəyişiklik gerçəkləşib. Apasport.az saytının məlumatına görə, komandanın əvvəlki baş məşqçisi İbadulla Şabanov istefaya göndərilib.
Millinin yeni çalışdırıcısı vəzifəsinə Elçin İsmayılov təyin olunub. Şumşat Bəhramov isə yığma komandanın köməkçi məşqçi vəzifəsini icra edəcək.
Hər iki məşqçi qadınlardan ibarət milli komandamızın üzvlərinə təqdim olunub.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0