Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günü millimiz üçün uğurlu keçib.
Belə ki, bu gün iki çəki dərəcəsində 3 idmançımız tatami üzərinə çıxıb ki, onlarda 73 kq çəkidə yarışan Rüstəm Orucov “bürünc” qazanıb. Onunla eyni çəkidə mübarizə aparan Hidayət Heydərov isə Avropa çempionu olub.
81 kq çəkidəki cüdoçumuz Rüfət İsmayılov isə turniri medalsız başa vurub.
Bu nəticədən sonra medal ehtiyatını 1 “qızıl” və 3 “bürünc”ə çatdıran millimiz ümumi sıralamada 5-ci pilləyə yüksəlib.
Ümumilikdə 6 medal qazanmış (2q-3g-1b) Rusiya birinci, 2 medallı (hər ikisi qızıl) Ukrayna ikinci, 4 medalı olan (1q-1g-2b) Fransa isə üçüncü pillədə qərarlaşıb. Yığmamız Sloveniyadan da geri qalıb – 2 (1q-1g).
Qeyd edək ki, sabah daha 4 çüdoçumuz – Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşaqi Kokauri (+ 100 kq) tatami üzərinə çıxacaq.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM