Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku yarışına yekun vurulub. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışın sonuncu günü milli komandamız aktivinə daha 1 medal yazdırıb.
73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Paşa Əliyev Almaniya, Polşa, Avstriya, Ukrayna və Hollandiya cüdoçularını məğlub edərək finala yüksəlib. Lakin həlledici qarşılaşmada sloveniyalı Nik Janusa uduzan Paşayev gümüş medalla kifayətlənib.
Xatırladaq ki, yarışın ilk günü cüdoçularımız 9 medal qazanıb. Fərid Qəzənfərov (50 kq) Əhməd Yusifov (55 kq), İbrahim Əliyev (60 kq) və Şəfəq Həmidova (44 kq) qızıl, Elçin Hüseynov (60 kq) gümüş, Rəşxan Baxşəliyev, Rəşad Yelkiyev (hər ikisi 50 kq), Yaqub Cavadov (60 kq) və Vüsalə Kərimova (40 kq) isə mötəbər türnirin bürünc medallarına sahib olublar.
Bununla da, Azərbaycan millisi 10 medal qazanaraq komanda hesabında Avropa Kubokunu birinciliklə başa vurub.
Qeyd edək ki, 29 ölkədən 736 idmançının qatıldığı Avropa Kubokunda millimiz 26 cüdoçu (20 oğlan, 6 qız) ilə təmsil olunub.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib