Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Zlatan Vanev özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı mütəxəssis vətənində çalışacaq.
O, Russe şəhərində “Mayor Atanas Uzunov” idman məktəbində fəaliyyətə başlayıb. Vanev 15 yaşadək uşaqlarla məşğul olur. Onun rəhbərliyi altında oğlu Simyon da məşq keçir və ötən həftə Bolqarıstanda 17 yaşadək idmançılar arasında ölkə çempionu adını da qazanıb. Simyondan başqa, birinciliyin daha 2 mükafatçısı – Zdravko və Rumyan Pelovski qardaşları da Vanevlə birgə çalışır.
Qeyd edək ki, Vanev 2011-2014-cü illərdə Azərbaycan yığmasında çalışıb. Lakin komandamızda 18 idmançının dopinqdə “ilişməsi”ndən sonra o istefaya göndərilib.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM