“Albert Səlimov əvvəllər Avropa və dünya çempionu olmuş, təcrübəli boksçudu”. Bu sözləri apasport.az saytına açıqlamasında boks üzrə Azərbaycan yığmasının məşqçisi Nəriman Abdullayev deyib.
I Avropa Oyunlarında 60 kq çəki dərəcəsində boks yarışlarında təmsilçimiz Albert Səlimov ilk görüşdən qələbə ilə ayrılıb. Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla qarşılaşan təcrübəli idmançımız rəqibinə şans verməyərək, hər 3 raundda qalib gəlib.
Bu görüşlə bağlı danışan Abdullayev idmançımızın layiqli qələbə qazandığını qeyd edib.
O bildirib ki, Gürcüstan boksçusu döyüş ərzində bir neçə dəfə qaydaları pozub: “Birinci görüş çətin oldu. Çünki Gürcüstan boksçusu kifayət qədər aqressiv idi və qaydaları pozurdu. Ancaq gördüyünüz kimi, Albert qələbə qazandı. Ümumiyyətlə, komandamız bu yarışa çox ciddi hazırlaşıb. İdmançılarımız güclü olduqlarını isbatlayacaqlar”.
- Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsi ilə bağlı müzakirələr aparılıb
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”