[b]Olimpiya çempionuna yeni vəzifə [/b]
06.09.2016 - 14:28
Olimpiya və dünya çempionu, sabiq güləşçi Fərid Mansurov yeni vəzifəyə təyin olunub. Apasport.az saytının məlumatına görə, Afina Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Gənclər və İdman Nazirliyində fəaliyyət göstərəcək.
Mansurov nazirliyin idman şöbəsinin müdiri vəzifəsini icra edəcək. O, Mirkamil Rəhimovun dünyasını dəyişməsindən sonra boş qalmış posta təyin edilib.
Məlumatı əməkdaşımızla söhbətində Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da təsdiqləyib.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0