Beynəlxalq Cüdo Federasiyası iyun ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahı Azərbaycan millisinin liderləri üçün uğurlu alınıb.
Artıq Rio Olimpiadasına lisenziyanı təmin edən Orxan Səfərov 3-cü, İlqar Müşkiyev (hər ikisi 60 kq) 15-ci, Nicat Şıxəlizadə (66 kq) 9-cu, Rüstəm Orucov (73 kq) 2-ci, Məhəmmədəli Mehdiyev (90 kq) 25-ci yerdədi. Avropa Oyunlarındakı bayraqdarımız Elmar Qasımov (100 kq) bu dəfə də öz çəkisində 1-ci pilləni qoruyub. Onunla eyni çəkidə tatamiyə çıxan dünya çempionumuz Elxan Məmmədov (hər ikisi 100 kq) 18-ci və ən ağır çəkili idmançımız Uşanqi Kokauri (+100 kq) 23-cü pillədə yer alıb.
Baş məşqçi Peter Zayzenbaher Oyunlara qısa müddət qalmış 60 və 100 kq çəki dərəcələrində seçim edəcək. Cüdoçularımızın lisenziyasının isə iyunun sonunda rəsmiləşməsi gözlənilir.
Yığmamızın digər aparıcı üzvlərinə gəlincə, Tərlan Kərimov (66 kq) 35-ci, Abdulhaqq Rəsullu 62-ci və Aişə Qurbanlı (48 kq) 39-cudu.
Qeyd edək ki, cüdo növündə Olimpiadaya reytinqə əsasən lisenziya verilir.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı