[b]Olimpiyaçımızdan gümüş medal[/b]
17.04.2016 - 21:14
Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində daha bir idmançımız final döyüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, +91 kq çəki dərəcsində mübarizə aparan Məhəmmədrəsul Məcidov ingilis boksçu Jozef Coysla qarşılaşıb.
Avropa və ikiqat dünya çempionumuz Bakıda keçirilən Avropa Oyunlarının qalibinə məğlub olub. Olduqca gərgin keçən mübarizədə Məcidov 1:2 ( 29:28, 28:29, 28:29) hesablı məğlubiyyətə üzülüb.
Əsas vəzifənin - Rio Olimpiadasına vəsiqə qazanmağın öhdəsindən gələn boksçumuz turniri ikinci yerdə başa vurub.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0