[b]Paraatletimiz 2-ci dəfə çempion oldu[/b]
17.05.2017 - 13:33
IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan günün ilk qızıl medalını qazanıb. Apasport.az saytının məlumatına görə, yığmamıza 42-ci çempionluq sevincini paraatletika üzrə lövhə atma yarışlarında Samir Nəbiyev yaşadıb.
O, 45.17 m nəticə göstərərək, bütün rəqiblərini qabaqlayıb. İordaniyalı Amer Abdelaziz gümüş (42.08), misirli Metava Abuelkir isə (41.43) bürünc mükafata yiyələnib.
Qeyd edək ki, bu, Samir Nəbiyevin İslamiadada ikinci qızıl medalıdı. O, dünən nüvə itələmə yarışında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0