Azərbaycanın trek velosipedi üzrə yığma komandasının üzvləri növbəti uğura imza atıblar. Apasport.az saytının məlumatına görə, idmançılarımız Portuqaliyada təşkil olunan nüfuzlu yarışda 2 qızıl və 1 bürünc medal əldə ediblər.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2-ci kateqoriyalı “Troféu CAR Anadia” turnirində 10 ölkənin 100-dən artıq idmançısı mübarizə aparıb. Qızıl medallar yığma komandamızın lideri Olqa İsmayılovanın aktivindədi – həm 200, həm də 500 metr məsafəyə mübarizədə bütün rəqiblərindən üstün olan velosipedçimiz hər iki növdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
“Troféu CAR Anadia” turniri yığmamızın gənc üzvü Nicat Niftəliyev üçün xüsusilə əlamətdar olub – 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin yetirməsi olan velosipedçimiz 200 metr məsafəyə sprint yarışında bürünc medal əldə edib. Qeyd edək ki, bu gələcəyinə böyük ümidlər bəslənilən 18 yaşlı Nicatın beynəlxalq yarışlarda qazandığı ilk medaldı.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib