Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Rio-2016 Yay Olimpiya Oyunlarında qızıl medala layiq görülmüş taekvondoçumuz Radik İsayevə zəng edib. Apasport.az-ın prezidentin saytına istinadən məlumatına görə, ölkə başçısı bildirib ki, Radik İsayevin bu inamlı qələbəsi bütün Azərbaycan xalqını sevindirib.
Dövlət başçısı qeyd edib ki, Radik İsayev əvvəllər də sübut edib ki, o taekvondo üzrə öz çəki dərəcəsində dünyada ən güclü idmançıdır. O, həm dünya çempionatında qələbə qazanıb, indi də Olimpiya çempionu adına layiq görülüb. Prezident İlham Əliyev idmançımızı səmimi qəlbdən təbrik edib, ona yeni-yeni uğurlar və qələbələr arzu edib. Dövlət başçısı onun təbriklərini idmançının məşqçisinə də çatdırmağı xahiş edib.
Radik İsayev təbriklərə görə dərin təşəkkürünü bildirib. Qeyd edib ki, bu qələbəni prezident İlham Əliyevin Azərbaycanda idmana göstərdiyi böyük diqqət və qayğı nəticəsində əldə etmək mümkün olub.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM