Qazaxıstan prezidenti Nursultan Nazarbayev azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimovu təbrik edib. Apasport.az saytının məlumatına görə, dövlət başçısı bu ölkənin şərəfini qoruyan və onlara Rioda ilk qızıl medalı qazandıran həmyerlimizi nümunə göstərib.
Rəhimova ünvanlanan teleqramda deyilir ki, o, ümidləri doğruldub: “Qazaxıstanlılar sənin çıxışını böyük maraqla gözləyirdi. Sən onların ümidlərini tam doğrultdun. Yüksək idman ustalığı, böyük əzm və fədakarlıq sənə gərgin mübarizədə güclü rəqiblər üzərində qalib gəlməyə və Qazaxıstan Olimpiya yığmasına ilk qızıl medalı gətirməyə kömək etdi. Şübhəsiz ki, sənin qələbən ölkənin bir çox yeniyetmə idmançıları üçün layiqli nümunə olacaq”.
Qeyd edək ki, rekordla Rioda qızıl medal qazanan Rəhimov Qazaxıstan hökuməti tərəfindən 250 min ABŞ dolları (401 min, 550 manat) ilə də mükafatlandırılacaq.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM