Rumıniyanın Piteşti şəhərində keçirilən Balkan ölkələrinin çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, 16 yığmanın qatıldığı turnir azərbaycanlı atlet Ramil Quliyev üçün uğurla başa çatıb.
Yığmamızdan imtina edərək, Türkiyə millisini seçən atlet iştirak etdiyi hər 2 yarışda finiş xəttinə birinci çatıb. O, 100 m məsafəni 10,30, 200 m məsafəni isə 20,98 saniyəyə qət edərək çempion adına layiq görülüb. Həmyerlimiz hər 2 yarışda türk atletini qabaqlayıb.
Qeyd edək ki, atletika üzrə keçirilən çempionatda Türkiyə 265,5 xalla birinci olub. Onlar 8 qızıl, 7 gümüş və 11 bürünc medal qazanıblar. İkinci yerdə qərarlaşan Rumıniya 236 (9-7-6), “üçlüyü” qapayan Yunanıstan isə 171,5 (5-8-4) xal toplayıb.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı