Azərbaycan millisi gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Paralimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb. Apasport.az saytının məlumatına görə, komandamıza 11-ci vəsiqəni Yelena Çebanu qazandırıb.
O, bu uğura Qətərin paytaxtı Dohada keçirilən atletika üzrə dünya çempionatında 100 m məsafəyə qaçışda ikinci olmaqla imza atıb. Gümüş medal Çebanuya Rio üçün birbaşa lisenziya verib.
Qeyd edək ki, Yelenadan öncə paralimpiyaçılarımızdan İradə Əliyeva (nizə tullama), Elçin Muradov, Kamil Əliyev (hər ikisi uzunluğa tullanma), İlham Zəkiyev (+100 kq), Səbinə Abdullayeva (57 kq), Ramil Qasımov (73 kq), Bayram Mustafayev (60 kq, hamısı cüdo), Dmitri Saley, Roman Saley (hər ikisi üzgüçülük) və Elşən Hüseynov (107 kq, pauerliftinq) Braziliyada təşkil olunacaq yarışda iştirak hüququ qazanıblar.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib