2016-cı ildə Braziliyada keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya və Paralimpiya Oyunlarının açılış mərasiminə böyük məbləğdə pullar xərclənməyəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə Olimpiadanın Təşkilat Komitəsinin rəhbərlərindən olan Leonardu Kaetano məlumat verib.
O bildirib ki, iqtisadi böhran olduğu bir vaxtda Oyunların açılış mərasimini gözlənilən kimi möhtəşəm etmək mümkün deyil: “Biz həddindən artıq əliaçıq deyil, orijinal olacağıq. Az pul xərcləyəcəyik, amma yaradıcılıq, ritm və emosiyaları özündə birləşdirən açılış mərasimi edəcəyik”.
Rio-2016-nın ümumi dəyəri təxminən 12 milyard dollar göstərilir. Bu, London Olimpiadasına xərclənən məbləğdən bir qədər, Pekin Olimpiadasına sərf olunan puldan isə qat-qat azdı.
Qeyd edək ki, Rio-2016-ya Azərbaycan millisi artıq 19 lisenziya qazanıb.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı