Olimpiya Oyunlarına ev sahibliyi edəcək Rio-de-Janeyro yarışa tam hazır deyil. Apasport.az saytının məlumatına görə, bunu Braziliya Olimpiya Komitəsi açıqlayıb.
İqtisadi böhran şəhərin istənilən şəkildə təşkilatçılıq etməsinə əngəl olub. Nəticədə yarışın startına bir aydan az vaxt qalsa da, bir sıra işlər sona çatdırılmayıb.
Rionun büdcəsində şəhərdəki Zika virusu və cinayətkarlıqla effektli mübarizə üçün yetərincə vəsait də yoxdu.
Metronun mərkəzi xəttini də Olimpiadaya hazır etmək mümkün deyil. Amma şəhər rəhbərliyi idman qurğularının hamısının hazır olduğunu, maliyyə məsələlərinin yaxın bir ayda həllini tapacağını iddia edir.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı