Bu gün Cenevrədə Beynəlxalq Antidopinq Agentliyinin (WADA) Rusiya atletlərinin dopinqdən istifadə etməsinə həsr olunmuş mətbuat konfransı keçirilib. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, mütəqil komissiya bu ölkənin idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılmasını tələb edib.
Əgər bu tələb qəbul edilsə, şimal qonşularımızı təmsil edən atletlər Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (İAAF) bayrağı altındakı bütün yarışlardan, həmçinin 2016-cı ildə Braziliyada baş tutacaq Olimpiya Oyunlarından kənarda qalacaq.
Bundan əlavə, WADA Moskvada yerləşən laboratoriyaların işlərinin dayandırılmasını, rəhbərliklərin qovulmasını, həmçinin Rusiya Antidopinq Agentliyinin beynəlxalq kodekslərə uyğun gəlmədiyinin elan olunmasını tələb edib.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib