Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri davam edir. Apasport.az xəbər verir ki, yarışın ikinci günü Azərbaycan millisi aktivinə ilk medalı yazdırıb.
73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov mübarizəyə 1/4 finaldan başlayıb. Onun rəqibi ilk qarşılaşmasında pakistanlı Nadeem Əkrəmə qalib gələn komanda yoldaşı Fəqan Quluzadə olub. Quluzadə üzərində qələbə qazanan Orucov yarımfinala yüksəlib. O, bu mərhələdə tatami sahibi Viktor Skvortovla qarşılaşıb. Rəqibini məğlub edən təmsilçimiz adını finala yazdırıb. Həlledici görüşdə İsveç cüdoçusu Tommi Makiasa uduzan Orucov “Böyük Dəbilqə”də millimizə ilk medalı qazandırıb.
Komanda yoldaşına məğlub olmasına baxmayaraq, təsəlliverici görüşə vəsiqə qazanan Fəqan Quluzadə bu mərhələdə braziliyalı Aleks Silva ilə üz-üzə gəlib. Qarşılaşmanı qələbə ilə başa vuran Quluzadə bürünc medal uğrunda rusiyalı Musa Moquşkov ilə qarşılaşıb. Lakin bu qarşılaşmada uduzan təmsilçimiz 5-ci yeri tutub.
Digər cüdoçularımız - Elvin Əhmədli və Ruslan Fərrüxzadə (hər ikisi - 81 kq) mübarizəni erkən dayandırıblar.
Qeyd edək ki, 34 ölkədən 157 cüdoçunun (96 kişi, 61 qadın) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan millisi 12 cüdoçu ilə təmsil olunur.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib